YAŞIL AZƏRBAYCAN HAQQINDA
Son zamanlar dünyada ekoloji balansın pozulması, qlobal istiləşmə, flora və faunadakı itkilər, xüsusən də ölkəmizin məruz qaldığı torpaq şoranlaşması, yaşıllığın azalması və s. kimi problemlər istər kütləvi informasiya vasitələrində, istərsə də gündəlik həyatda qarşılaşdığımız aktual məsələlərdəndir.
Məlum olduğu kimi, ətraf mühitin qorunması və bu istiqamətdə mübarizənin aparılması əsasən dövlət strukturları və qeyri-kommersiya təşkilatları (QHT) vasitəsi ilə görülür. Əfsuslar olsun, problemin qloballığı və sürətlə genişlənməsi bu istiqamətdə aparılan mübarizəni daha da müşkülləşdirir.
Dövlət rəhbərliyinin ulu öndərimizin layiqli davamçısı kimi yaşıl hərakata olan diqqət və qayğısını hər zaman olduğu kimi bu gün də müşahidə etmək mümkündür. Cənab prezidentin 22.04.2009 tarixli ilin I rüb hesabatına həsr edilmiş iclasında İlham Əliyev ağacların azalmasına qarşı mübarizəylə bağlı qəti mövqeyini bildirərək təcili tədbirlərin görülməsini müvafiq strukturlara tapşırmışdır. Bu tapşırıqlardan biri Bakı şəhərində şəhər əhalisi qədər məhz 3 milyon ağacın əkilməsi ilə bağlı olmuşdur. Belə ki, ulu öndərimizin başladığı, millət vəkilimiz Mehriban xanım Əliyevanın davam etdirdiyi “Hərəmiz bir ağac əkək!” hərəkatına tam dəstək məqsədiylə də verilmiş ola bilər.
14 İLLİK
TƏCRÜBƏ
BİZİM MİSSİYAMIZ
Dünyanın yaşıllaşdırma sahəsində qabaqçıl texnologiyalı və dayanıqlı ekoloji layihələrin araşdırılması, ölkəmizdə təbliğ və tətbiq edilməsi.
MƏQSƏDLƏRİMİZ
Ölkədə və xaricdə güclü, peşəkar idarə edilən, keyfiyyətli məhsul istehsal edən, ilbə il böyüyən aqrar kompleks / aqropark olmaq