DAHA YAŞIL AZƏRBAYCANA DOĞRU
Layihə qlobal aktuallıqda olan yaşıllaşdırma hərəkatına kommersiya şirkətlərin cəlb edilməsi və ən tez nəticə verən innovativ həll mexanizmini ehtiva edir. Layihə çərçivəsində aqrar innovativ texnologiyalarla dünayının ən tez böyüyən pavlovniya ağacının kütləvi şəkildə əkilməsi nəzərdə tutulur.
RƏSMİ TƏRƏFDAŞLARIMIZ
BİZNES TƏRƏFDAŞLARIMIZ
YAŞIL AZƏRBAYCAN HAQQINDA
Son zamanlar dünyada ekoloji balansın pozulması, qlobal istiləşmə, flora və faunadakı itkilər, xüsusən də ölkəmizin məruz qaldığı torpaq şoranlaşması, yaşıllığın azalması və s. kimi problemlər istər kütləvi informasiya vasitələrində, istərsə də gündəlik həyatda qarşılaşdığımız aktual məsələlərdəndir.
Məlum olduğu kimi, ətraf mühitin qorunması və bu istiqamətdə mübarizənin aparılması əsasən dövlət strukturları və qeyri-kommersiya təşkilatları (QHT) vasitəsi ilə görülür. Əfsuslar olsun, problemin qloballığı və sürətlə genişlənməsi bu istiqamətdə aparılan mübarizəni daha da müşkülləşdirir.
Dövlət rəhbərliyinin ulu öndərimizin layiqli davamçısı kimi yaşıl hərakata olan diqqət və qayğısını hər zaman olduğu kimi bu gün də müşahidə etmək mümkündür. Cənab prezidentin 22.04.2009 tarixli ilin I rüb hesabatına həsr edilmiş iclasında İlham Əliyev ağacların azalmasına qarşı mübarizəylə bağlı qəti mövqeyini bildirərək təcili tədbirlərin görülməsini müvafiq strukturlara tapşırmışdır. Bu tapşırıqlardan biri Bakı şəhərində şəhər əhalisi qədər məhz 3 milyon ağacın əkilməsi ilə bağlı olmuşdur. Belə ki, ulu öndərimizin başladığı, millət vəkilimiz Mehriban xanım Əliyevanın davam etdirdiyi “Hərəmiz bir ağac əkək!” hərəkatına tam dəstək məqsədiylə də verilmiş ola bilər.
MƏQSƏDLƏRİMİZ
DAHA YAŞIL AZƏRBAYCAN ÜÇÜN İRƏLİLƏYƏK
LAYİHƏNİN PERSPEKTİVİ
DÜNYA ÜÇÜN BİR NÜMUNƏVİ MODEL OLMAQ
Layihənin növbəti mərhələsində biznes və media sektorun ksm fəaliyyəti üçün
cəlb etmə mexanizmi modelini bütün dünya ölkələri üçün təqdim etmək
LAYİHƏNİN İQTİSADİ SƏMƏRƏLİYİNƏ GÖRƏ
Dünyanın ən sürətlə böyüyən, yüksək ekoloji, aqrar və sənaye səmərəliyi olan kiri ağacının ölkəmizdə kütləvi yayğınlaşdıraraq:
-Ölkənin yaşıllaşdırılması, meşə fondun artırılması, qanunsuz ağaç kəsimlərin dayandırılması,
-Torpaqların şoranlaşması və neftdən çirklənməsi ilə mübarizənin effektiv aparılması və münbitləşdirilməsi,
-Yemçilik, gübrə və arıçılıq kimi aqrar sahələrin inkişaf etdirilməsi,
-Restoran, otel və fərdi qaydada istehlak olan odun və kömür məhsullarından daha səmərəli və sərfəli istifadə edilməsi
-Gələcəkdə sənaye məqsədi ilə salınan meşələrin taxta emalı, inşaat, gəmiçilik, mebel və digər sənayelərin inkişaf etdirilməsi, ixrac məhsulları istehsal edilməsinə töhfə verilməsi
BİZİMLƏ ƏLAQƏ
LAYİHƏ İLƏ BAĞLI ƏTRAFLI MƏLUMAT ALMAQ ÜÇÜN FORMU DOLDURA BİLƏRSİNİZ
BİZİM HAQQIMIZDA DAHA GENİŞ MƏLUMAT ÜÇÜN TƏQDİMATA KEÇİD EDƏ BİLƏRSİNİZ
YAŞIL AZƏRBAYCAN
BİZİM MİSSİYAMIZ
Dünyanın yaşıllaşdırma sahəsində qabaqçıl texnologiyalı və dayanıqlı ekoloji layihələrin araşdırılması, ölkəmizdə təbliğ və tətbiq edilməsi.
4 ƏSAS MƏRHƏLƏ VAR
Yaşıl Azərbaycan layihəsi nədir?
Azərbaycan da uğurla sınaqdan keçən dünyanın ən sürətlə böyüyən (hündürlük 3-5 m/il, qalınlıq 6 ilə ~30 cm), yüksək ekoloji (geniş yarpaqlarıyla 10 dəfə daha çox CO2 qazını yığır) dəyərlərə sahib pavlovniya ağacının ölkəmizin yaşıllaşdırma hərakatına töhfəsinin verilməsidir. Sözü edilən hərəkata biznes və media sektorun KSM layihələri çərçivəsində cəlb edilmə mexanizmin hazırlanması və təşviqat-təbliğat işlərin görülməsi nəzərdə tutulur.
Layihə ilə bağlı necə əlaqə saxlamaq mümkündür?
+994502407230 nömrəsinə zəng edərək və ya [email protected] email adresinə yazaraq bizimlə əlaqə qura bilərsiniz